Seyran Ohanyan: “Dağlıq Qarabağ müharibəsinin yenidən başlanması istisna deyil”

"Dağlıq Qarabağ müharibəsinin yenidən başlanması istisna deyil". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistanın müdafiə naziri Seyran Ohanyan parlamentdə çıxışı zamanı bildirib. O, dağılan erməni ordusuna güvənərək məntiqisiz sözlər deyib: "Mən həmişə dövlətimizi müharibəyə hazır vəziyyətdə saxlamaq üçün burda varam. Həmlə etmək üçün müvafiq şərait lazımdır. Biz anlaşılan və dostluq şəraitində yaşamalıyıq. Lakin bunu Azərbaycan barəsində demək istəməzdim. Rəsmi Bakı özünü müharibə etmək niyyətində olduğu kimi göstərir. Deməzdim ki, Azərbaycan buna gedər".

Azərbaycanın S-300 tipli havadan müdafiə raket sistemi əldə etməsinə gəlincə müdafiə naziri: "Bizim ədlə etdiyimiz məlumata görə, bu haqda xəbər öz təsdiqini tapıb. Qısa bir zamanda Azərbaycan müdafiə xarakterli bu silahla təchiz olunacaq. Lakin erməni tərəfində bu heç bir narahatçılıq yaratmır. Çünki belə raket sistemləri bizdə daha çoxdur və onun idarə olunmasını biz daha yaxşı bilirik"- deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə