Bütün dünya bir daha erməni vəhşiliyinin şahidi oldu AÇIQLAMA

Bütün dünya bir daha erməni vəhşiliyinin şahidi oldu AÇIQLAMA

"Ermənistan ordusu hər zaman törətdiyi vəhşiliklərlə, vandalizm hərkətləri ilə tarixə düşüb". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, atəşkəs rejimi olmasına baxmayaraq vəhşi ermənilər istədikləri vaxt təxribat törədirlər. Ermənilər üçün dinc sakinləri, qadınları, uşaqları, silahsız əhalini öldürmək adi bir şeydir. Həmişə olduğu kimi erməninin gücü qadınlara və uşaqlara çatır . Dünənki təxribatda da hamı, bütün dünya bunun şahidi oldu. Dinc sakinlərə güllə atmaq, onları amansızcasına öldürmək müasir silahlarla cox asandır. Sadəcə olaraq, Azərbaycan ordusu dinc əhaliyə sakinlərə güllə atmır. Əgər ermənilər kimi hədəf yaşayış məntəqələrini seçsək hər kəs əmindir ki Ermənistanın ucqar kəndlərində də erməninin kökünü kəsməyə ordumuz qadirdir. Əminəm ki, Azərbaycan əsgəri düşmənin təxribatına layiqincə cavab verir və verəcək".

Qeyd edək ki, ötən gün erməni silahlı bölmələri Füzuli rayonunun Alxanlı kəndini atəşə tutub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə