Beynəlxalq ekspert: “İşğalçı ordunun əməllərinə görə rəsmi İrəvan məsuliyyət daşıyır” AÇIQLAMA
"Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülki şəxslərin öldürülməsi və yaranlanması işağlçı ölkənin necə bir azğın dövlət olmasının göstəricisidir". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
Onun sözlərinə görə, 2 yaşlı azyaşlı uşağın Ermənistan silahlı qüvvələri tərəfindən öldürülməsi Azərbaycan üçün böyük faciədir: "Hesab edirəm ki, bu cür olayları dünya ictimaiyyəti görməlidir və bilməlidir. Ən əsası odur ki, Azərbaycan tərəfi bu haqda dərhal bütün media resurslarında təbliğatını gücləndirməlidir. Azərbaycanın bir çox dövlət qurumları artıq bu haqda bəyanat verib. Bu bəlli bir faktdır. Biz bunun dünya ictimaiyyəti tərəfindən pislənilməsini gözləyirik. Əgər biz Azərbaycan mediasının xarici ölkə mediaları ilə əlaqələrini nəzərə alsaq, buna düzgün qiymət verilməsini gözləmək olar.
İşğalçı ordunun əməllərinə görə rəsmi İrəvan bilavasitə məsuliyyət daşıyır. İşğalçı qüvvələr Qarabağ ərazisində yerləşən qüvvələrdir. Onlar birbaşa rəsmi İrəvan tərəfindən idarə olunur. Buna başqa cür yozum vermək yolverilməzdir. Bu Azərbaycanın daxili münaqişəsi deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə