Manvel Sarqsyan: “Bako Saakyan aprel müharibəsinin başlanmasında maraqlı olub” İTTİHAM
Ermənistanın milli və strateji araşdırmalar mərkəzinin direktoru, politoloq Manvel Sarqsyana görə, aprel müharibəsinin baş verməsi “dqr”in (dırnaqlar bizimdir-red.) “prezidenti” Bako Saakyana sərf edib və o, bu müharibənin başlanmasında maraqlı olub. SİA-nın məlumatına görə, bu barədə 1in.am saytı adıçəkilən politoloqun fikirlərini qeyd edərkən yazır. Manvel Sarqsyan onu da xatırladıb ki, qondarma respublikada fəaliyyət göstərən “siyasi partiyalar” – “azad vətən” və “xalq partiyası” yenidən Bako Saakyanın “prezidentliyə” namizədliyini irəli sürüblər və bir müddət öncə aparılmış “konstitusiya islahatları” da məhz Saakyanın hakimiyyətini uzatmağa hesablanmışdı. “Bütün hallardan belə nəticə çıxarmaq olar ki, “konstitusiya islahatları” buna görə keçirilib. Çünki “konstitusiya” Bako Saakyanın iki dəfədən artıq “prezident” seçilməsini əngəlləyirdi. Başqa vasitə axtarmağa da yol yox idi və siyasi gedişlər etmək məcburiyyətində qalınmışdı”.
Erməni politoloq xatırladıb ki, hələ “islahatlardan” öncə deyilirdi ki, “arstax konstitusiyası” Ermənistanın konstitusiyası ilə hormonluq təşkil etməli, orada da parlament üsul-idarəsi tətbiq olunmalıydı. “Bəli, belə də vurğulanırdı, ancaq sonradan bəlli oldu ki, bütün bunlar bir oyun idi, bir blef idi”-deyə qeyd edən Manvel Sarqsyan əlavə edib ki, keçid mərhələsi üçün 3 ilin qaldığı deyildi və nəticədə Saakyanın “hakimiyyəti” müddəti uzandı: “Çoxları bunu təhlükəli addım hesab edir. Faktiki olaraq seçən “xalq” deyil, “parlament” olacaq. Ümumiyyətlə, onların heç kim qarşısında cavabdehlik məsuliyyətləri yoxdur, nə istəyirlərsə onu da edirlər”.
Aprel müharibəsinə gəlincə, erməni politoloqu bildirib ki, əgər müharibə olmsa idi belə, onlar (“dqr” separatçıları-red.) “hakimiyyətlərinin” ömürünü uzarmaqdan ötrü, onun baş verməsi üçün hər şeyə gedəcəkdilər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB