“İslahat”-ın namizədləri sənədlərini dairə seçki komissiyalarına təqdim etməyə başlayıblar

“İslahat”-ın namizədləri sənədlərini dairə seçki komissiyalarına təqdim etməyə başlayıblar

"İslahat" siyasi partiyalar blokuna daxil olan namizədlərdən 17-i sənədlərini dairə seçki komissiyalarına təqdim edib. SİA-ya açıqlamasında blokun təmsilçilərindən biri Böyük Quruluş Partiyası Ali Məclisinin sədri Əjdər Əliyev digər namizədlərin sənədlərinin də hazır olduğunu bildirib. O, bu gün və ya sabah həmin namizədlərin də sənədlərini dairə seçki komissiyalarına təqdim edəcəyini söyləyib.

 

Ə.Əliyev bu prosesin başa çatmasından dərhal sonra imzatoplama kampaniyasına başlanılacağını qeyd edib.

 

Qeyd edək ki, "İslahat" siyasi partiyalar blokuna Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ədalət və Təkamül partiyaları daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə