Xaricdə yaşayan ermənilər Ermənistan ordusunda hərbi xidmətə cəlb olunacaqlar

Xaricdə yaşayan ermənilər Ermənistan ordusunda hərbi xidmətə cəlb olunacaqlar

"Ermənistan Müdafiə Nazirliyinə xarici ölkə vətəndaşı olan ermənilər tərəfindən Ermənistan ordusunda hərbi xidmət etməsi ilə bağlı müraciətlər daxil olur". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistanın müdafiə naziri Seyran Ohanyan parlamentdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bir çox xarici ölkə vətandaşı olan ermənilər Müdafiə Nazirliyinə müraciət edərək hərbi xidmətdən keçmələrinə icazə verilməsini istəyirlər.

 

S.Ohanyan yaxın müddət ərzində bu məsələni rusiyalı həmkarı Anatoli Serdyukovla da müzakirə etmək niyyətində olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə