Məlum olduğu kimi Bakı Ağır Cinayətlər Məhkəməsində bloqçu, Ermənistan təbliğat maşının alətlərindən olan Aleksndr Lapşinin növbəti məhkəmə prossesi keçirildi. Lapşinə qarşı irəli sürülən ittihamlar onun hələ Bakıya gətirilməsindən öncədən bəlli idi. Lapşin hakimin suallarını cavablandırdı və onun fikirləri bir sıra məqamlara bir daha da aydınlıq gətirdi. Bloqçu Bakıda çox şeyi anladı. Ona başa salındı ki, Azərbaycan rəsmiləri ilə “gizlənpaç” oynamaq mümkün deyil. Bu “oyunun” qarşlığında Lapşin özü uduzan tərəf oldu. Hər bir halda işğal olunan Dağlıq Qarabağa səfərlər edib, bu əraziləri müstəqil dövlət kimi qələmə vermək, bu azmış kimi saxta sənədlə Bakıya gəlmək, Azərbaycan əleyhinə təbliğat aparmaq və s. əməllərin qarşılığı gözlənildiyi kimi sərt oldu. İndi hakim qarşısında dayanan Lapşin bölücülük fəaliyyətinə nə qədər turist donu geyindirməyə çalışsa da səsləndirdiyi fikirlər cılız olduğu qədər də adidir.
Lapşinin aldanışı
Lapşin məhkəmədə bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, Ermənistan bu torpaqları işğal edib. Düzdür Aleksandr həqiqəti etiraf edib. Amma bir balaca gec. Bloqçu bunu Azərbaycan ərazilərinə qanunsuz səfər edəndə yaxşı anlayırdı. Görünür ona Azərbaycanın gücünü yetərincə izah etməyiblər. Ən azından onu deyə bilərik ki,Lapşinə Qarabağda ermənilərin verdiyi vədlər özünü doğrultmadı. Məhz bu amil Aleksandr Lapşinin başlıca səhvi, aldanışı oldu. Bakı sübut etdi ki, Dağlıq Qarabağ məsələsində proritetlərimizə və qanunlarımıza saymazyana yanaşan istənilən şəxs Azərbaycan məhkəməsi qarşısında cavab verə bilər. Həmin insanların arxasında hansı qüvvələrin dayanması da heç bir önəm daşımır. Qısası Azərbaycan digər dövlətlərə bənzəmədi. Lapşini bu gün Azərbaycan qanunlarından nəinki Ermənistan, heç vətəndaşı olduğu digər dövlətlərdə sığortalaya bilmir. Razıyam hələlik bloqçunun gələcək aqibəti məlum deyil. Lakin dəqiq bilinən odur ki, Azərbaycan “sərgüzəştlərindən” sonra Lapşin çətin hər təxəyyülünə gələni qələmə alsın. Bununla dö həm dəvlətimiz ermənilərin analoji təbliğat həmləsini də yerlə bir etdi. Azərbaycan höküməti eyni zamanda təxribat, bölücülük fəaliyyətləri ilə pul qazananlara “Lapşin sindromu” yeritdi. Şuşaya, Laçına, Kəlbəcərə, Ağdama və digər işğal atında olan ərazilərimizə icazəsiz səfər etmək arzusunda olanlar ikinci dəfə düşünmək məcburiyyətində qalacaqlar. Ən azından Lapşinin aqibəti ilə üzləşməmək üçün. Aleksandrın müdafiəsinə qalxanlar prossesin sonunu gözləyə bilər. Məhkəmənin qərarından aslı olmayaraq Azərbaycan höküməti Lapşini Bakıya gətirməklə bu məsələyə nöqtə artıq nöqtə qoyub. İndi qalır nəticə çıxarmaq.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB