Siyavuş Novruzov: "Ulu Öndəri digərləri ilə müqayisə etmək düzgün deyil"
"Yeni Azərbaycan Partiyası hər bir kəsin xidmətini yüksək qiymətləndirir, xidməti olan hər kəsin adının əbədiləşdirilməsinin tərəfdarıdır". SİA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Ulu Öndər Heydər Əliyevin digərləri ilə müqayisə edilməsinin düzgün olmadığını deyən S. Novruzov qeyd edib ki, çünki Ulu Öndəri Azərbaycan xalqı hakimiyyətə qaytarıb: "Xaosun, ölkəmizin müstəqilliyinin təhlükə altında olduğu bir vaxtda Ulu Öndər hakimiyyətə gələrək Azərbaycanı xilas etdi. Ümummilli Lider hakimiyyətə gəlməklə tək Azərbaycanı deyil, eyni zamanda, bugünkü və o zamankı hakimiyyətdə olan müxalifəti xilas etdi. Yəqin ki, Surət Hüseynovun Azadlıq meydanında dar ağacları qurması və o ağaclardan kimlərin asılacağı bəlli idi. Odur ki, Ümummilli Lider müxalifətdə olanları da xilas etdi. Buna görə də Ulu Öndərin adı əbədiləşdirilməli, Onun adına məktəb, universitet olmalıdır. Çünki Ulu Öndər ən ağır vəziyyətlərdə belə xalqının yanında olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB