Ombudsman Elmira Süleymanova Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə Göyçay rayonunda növbəti – 50-ci ictimai dinləmə keçirmiş, eyni zamanda bələdiyyələrin işi də müzakirə olunub.
Ombudsman Aparatından SİA-ya verilən məlumata görə, ictimai dinləmədə rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatların, KİV-lərin və icmaların nümayəndələri iştirak ediblər.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov tədbiri açaraq, insan hüquqlarının müdafiəsinin və MFP-nin əhəmiyyətini qeyd edərək, rayonda bu sahədə görülmüş işlər, insan hüquqları ilə bağlı tədbirlər, vətəndaşların qəbulu, müraciətlərinə baxılması və digər tədbirlər haqqında ətraflı məlumat verib.
Ombudsman Bilik Günü münasibətilə iştirakçıları təbrik etmiş, xoş arzularını bildirib.
Müvəkkil ölkəmizdə, o cümlədən bu rayonda uğurla icra olunan MFP, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və perspektivlər, habelə Ombudsman təsisatının fəaliyyəti, Müvəkkilin barışdırıcılıq missiyasını da həyata keçirdiyi barədə ətraflı məlumat verib.
Həmçinin ölkəmizdə İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm (MPM) funksiyalarının icrası məqsədilə Ombudsmanın və onun tapşırığına əsasən, Aparatın əməkdaşlarının müntəzəm olaraq azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerlərinə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama təcridxanalarına, habelə psixiatriya xəstəxanalarına, ahıllar, əlillər və uşaqlar üçün internat məktəblərinə, uşaq evlərinə və pansionatlara başçəkmələr həyata keçirildiyi diqqətə çatdırılıb.
Tədbirdə Ombudsman bu rayonda MFP-nin icrası, insan hüquqlarının müdafiəsi, seçki hüquqlarının, o cümlədən seçicilərin şəxsiyyət vəsiqəsi ilə təmini, məhkəmə qərarlarının icra olunması və digər zəruri məsələləri müzakirəyə çıxarıb.
Müzakirələrdə rayon hakimi, prokuroru, polis rəisi, xəstəxananın baş həkimi, bələdiyyə sədri olan qadınlar, rayonun fəalları və digər iştirakçılar çıxış edərək, burada MFP və insan hüquqları üzrə fəaliyyət, son məhkəmə-hüquq islahatları, ölkə Prezidentinin müvafiq fərmanlarına əsasən, yeni məhkəmələrin yaradılması və regionlarda yerləşdirilməsi, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi istiqamətdə bir sıra qanunlara və normativ hüquqi aktlara dəyişiklik və əlavələr edilməsi, kriminogen durumun sabitliyi, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi vəziyyəti, bələdiyyələrin fəaliyyəti və bu qurumların münaqişədə olan ailə üzvlərinin barışdırması, boşanmaların qarşısının alınması, kimsəsiz uşaqlara yardım göstərilməsi istiqamətində gördüyü işlər, maarifləndirmə tədbirləri və digər məsələlər barədə məlumat veriblər. Eyni zamanda bir sıra problemlər, o cümlədən boşanmaların sayının artdığı səsləndirilib.
Tədbirin sonunda E.Süleymanova Ombudsman təsisatının və bir sıra dövlət qurumlarının qaynar xətləri barədə məlumat verərək, insanların müraciətlərinə dərhal baxıldığını vurğulamış, MFP-nin nüsxələri, illik nəticələrin müzakirəsi ilə bağlı keçirilmiş yekun konfranslarının kitab şəklində nəşr olunmuş materialları, təsisat tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB