BMT-nin “aclıq” hesabatı

BMT-nin Qida və Əkinçilik Təşkilatının "aclıq" hesabatı açıqlanıb. SİA-nın məlumatına görə, hesabatda dünyada 925 milyon insanın aclıqla mübarizə etdiyi göstərilib. Hesabata görə, hələ də dünya əhalisinin 16-17 faizi aclıq təhlükəsiylə qarşı-qarşıyadır.

 

Aclıq problemi İlə boğuşan insanların üçdə ikisi isə 7 ölkədə - Bangladeş, Cin, Konqo, Efiopiya, Hindistan, İndoneziya və Pakistanda yaşayır. Dünyadakı aç insanların 2015-ci ildə 400 milyona endirilməsi hədəflənsə də vəziyyətin yaxşılaşması üçün ümidin olmadığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə