Gürcüstanda seysmoloqların iştirakı ilə müxtəlif elmi istiqamətlərdə tədqiqat işləri aparılıb

Gürcüstanda seysmoloqların iştirakı ilə müxtəlif elmi istiqamətlərdə tədqiqat işləri aparılıb

25-30 Avqust 2010-cu il tarixlərində Gürcüstan Respublikası ərazisində bir sıra dövlətlərin seysmoloqlarının iştirakı ilə müxtəlif elmi istiqamətlərdə tədqiqat işləri aparılıb.

SİA-nın məlumatına görə, tədqiqat işlərinin yerinə yetirilməsində Azərbaycan, Gürcüstan və ABŞ seysmoloqları iştirak ediblər. Bu elmi-təcrübi işlərin yerinə yetirilməsində Azərbaycanı AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Makroseysmik tədqiqatlar şöbəsinin müdiri Etibar Qaravəliyev təmsil edib.

Cavaxeti ərazisində yerləşən Saqamo gölünün və onun yaxınlığında yerləşən iki kiçik gölün sahilində aparılmış elmi-tədqiqat işlərinin məqsədi müasir geofiziki alət və proqram təminatlarından istifadə edərək ərazidə yerləşən geoloji qırılmaların yerinin, onların həndəsi ölçülərinin, ərazidə yerləşən qrunt laylarının tipinin, bu laylarda seysmik dalğaların yayılma sürətinin və s. parametrlərin təyin olunmasıdır. Bu məqsədlə seysmik kəşfiyyat, elektromaqnit dalğaları vasitəsilə ərazinin tomoqrafiyası, elektrik zondlama, sualtı tomoqrafiya kimi tədqiqat üsullarından istifadə olunmuş və müvafiq nəticələr əldə edilib.

Bütün bu işlər Gürcüstan Respublikasının Seysmik Monitorinq Mərkəzinin rəhbərliyi və təşkilatçılığı altında yerinə yetirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə