Cəbhədə gərgin vəziyyət yenə də davam edir. Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 14-də cəbhə boyu atəşkəs rejimini pozub. Erməni ordusu saat 13.05-dən 13.20-dək Ermənistanın Noyenberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 14.30-dan 14.40-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 20.40-dan 21.10-dək Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində, eləcədə saat 09.05-dən 09.25-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 20.45-dən 21.10-dək, 21.10-dan 22.00-dək, 22.00-dan 22.40-dək Tərtər rayonunun Yarımca, Qızıl Oba və Göyarx kəndləri, saat 22.10-dan 22.30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 22.10-dan 22.25-dək, 23.45-dən 23.50-dək və sentyabrın 15-də saat 00.40-dan 00.45-dək Ağdam rayonunun Kəngərli, Qaraqaşlı və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB