Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçılarının dördtərəfli görüşündə iştirak etmək üçün sentyabrın 14-də Azərbaycana işgüzar səfərə gəlib.
SİA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Macarıstan hökumətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Hava limanında Baş nazir Viktor Orbanı Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər qarşılayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB