Demokratik Azərbaycan Dünyası Partiyası parlament seçkilərinə 76 namizədlə qatılacaq
Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) 7 Noyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkilərində 76 namizədlə iştirak edəcək. SİA-ya bu haqda partiyanın sədri Məmməd Əlizadə məlumat verib. Namizədlərin Mərkəzi Seçki Komissiyasında rəsmi qeydiyyatdan keçdiyini deyən partiya sədri onlara dairə seçki komissiyalarına təqdim etmək üçün protokolların verildiyini bildirib.
Namizədlərdən artıq 58-nin dairə seçki komissiyalara sənədləri təqdim etdiyini söyləyən M.Əlizadə onların bəzilərinin imza vərəqələri aldığını qeyd edib: "Bu proses davam edir. İki gün müddətində namizədlərin hamısının dairələrə göndərilməsi prosesi başa çatacaq. Artıq ikinci mərhələyə, imzaların toplanması mərhələsinə başlamışıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB