Qazaxıstan səfiri Beybit İsabayev Naxçıvanda səfərdə olub

Qazaxıstan səfiri Beybit İsabayev Naxçıvanda səfərdə olub

Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

Qazaxıstanlı diplomat səfərin ilk günündə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi qoyub və Heydər Əliyev muzeyi ilə tanış olub.

Daha sonra Naxçıvan Biznes Mərkəzində olan səfir mərkəzdə qurulan pavilyonlarda müxtəlif növ ərzaq və sənaye məhsulları, əl işləri haqqında məlumat alıb, yüngül və ağır sənaye, kənd təsərrüfatı, qida, tekstil, avtomobil sənayesi və digər sahələrin məhsulları ilə maraqlanıb.

Qonaq səfərinin ikinci günü Naxçıvan Dövlət Universitetində olub. Univerisitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonağa universitetin strukturu, maddi-texniki bazası, mövcud fakültə və ixtisaslar haqqında ətraflı məlumat verib.

Müəllif: Xaliq Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə