Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarıdır

Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarıdır

Bu gün 15 İyun Milli Qurtuluş Günü ilə bağlı YAP Yevlax rayon təşkilatı ilə Yevlax rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. İlk öncə, Ulu Öndər Heydər Əliyevin müstəqillik illərindən bəhs edən film nümayiş edildi. Sonra YAP Yevlax rayon təşkilatının sədr müavini, aparat rəhbəri Əli Quliyev tədbir iştirakçılarını 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib və 1993-cü ilin iyununda respublikamızda baş vermiş ictimai-siyasi proseslərə geniş nəzər salıb, dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdurmasının aradan qaldırılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb: "20 ildə Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sahələrində əldə olunmuş uğurlar birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Onun respublika rəhbərliyinə qayıdışından sonra ölkə vətəndaşlarının təhlükəsizliyi təmin olunub, iqtisadiyyatda hökm sürən tənəzzül dayandırılıb".

Yevlax rayonu Heydər Əliyev Mərkəzinin direktoru Xatirə Məhərrəmli geniş məruzə ilə çıxış edərək o dövrdə baş vermiş hadisələri ardıcıllıqla tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Tədbirdə Sərdar Məmmədov, Zərxanım Əhmədova, YAP Yevlax rayon təşkilatı idarə heyətinin üzvü Rafiq Əliyev və digərləri çıxış edərək 15 İyun Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin Vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışıb, Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi xəttini layiqincə davam etdirdiyini diqqətə çatdırıblar.

Tədbir Yevlax rayon 5 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı bədii kompozisiya ilə davam etdirilib.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə