Avropa Tələbələr Birliyinin nümayəndələrinin ölkəmizə bir həftəlik işgüzar səfəri bu gün başa çatıb. SİA-nın məlumatına görə, əsas məqsədi Azərbaycan Tələbələr Birliyi ilə Avropa Tələbələr Birliyi arasında əlaqələri inkişaf etdirmək olan səfər çox ciddi və mühüm görüşlərlə yadda qalıb.
Belə ki, qonaqlar Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər üçün Təhsil Mərkəzi, Turizm İnstitutu, Müəllimlər İnstitutu, Xəzər Universiteti, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və müxtəlif tələbə təşkilatlarının rəhbərlikləri ilə işgüzar görüşlər keçiriblər. Keçirilən görüşlərdə Azərbaycanda tələbə həyatı, universitetlər, təhsil sistemi, təhsil qanunvericiliyi və s. istiqamətlərdə müzakirələr aparılıb.
Qeyd edək ki, bu mötəbər beynəlxalq təşkilatda Azərbaycanın təmsil olunması kimi öhdəliyi öz üzərinə götürən Azərbaycan Tələbələr Birliyi qonaqlar üçün rəsmi görüşlərlə bərabər, mədəni proqramlar da təşkil etmiş və onlara ölkəmizin tarixi-mədəni obyektlərini tanış edib.
Səfərin sonunda Avropa Tələbələr Birliyinin nümayəndələri səfərlə bağlı geniş hesabat hazırladılar. Hazırlanan hesabat cari ilin noyabr ayında İsraildə keçirilməsi planlaşdırılan Avropa Tələbələr Birliyinin növbəti İdarə Heyəti toplantısına təqdim ediləcəkdir.
Səfər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə gerçəkləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB