Türkiyəli ekspert Azərbaycan Türkiyə İş Adamları İctimai Birliyinin dəvətilə Bakıya səfər edəcək
Azərbaycan Türkiyə İş Adamları İctimai Birliyi (ATİB) sentyabrın 14-16-sı tarixlərində 1918-ci il sentyabr ayının 15-də işğal altında olan Bakının Azərbaycan Demokratik Respublikasının milli ordusu Nuri Paşanın başçılıq etdiyi Osmanlı Türk İslam Ordusu tərəfindən azad edilməsinin ildönümünə həsr edilən bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır. ATİB-dən SİA-ya verilən xəbərə görə, bu məqsədlə Türkiyənin Maltepe Universitetinin və Hərb Akademiyasının Strateji Araşdırmalar İnistutunun müəllimi Dr.Orhan Çekçin Bakıya səfəri təşkil ediləcək.
Səfər çərçivəsində qonaq bi sıra görüşlər keçirəcək. Dr.Orhan Çekçinin həmçinin Bakı Dövlət universiteti tələbələri və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin müdavimləri qarşısında məruzə ilə çıxış etməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB