Paytaxtda Lənkəran şəhər sakini qarət olunub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, hadisə Səbail rayonu ərazisində baş verib. Belə ki, Füzuli rayon sakini Nizaməddin Nəbiyev Xəqani küçəsində Lənkəran şəhər sakini Arzuman Qurbanova qarşı zor tətbiq edərək mobil telefonunu ondan alıb. Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nizaməddin Nəbiyev tutularaq bölməyə gətirilib. İlkin dindirilmə zamanı şübhəli şəxs etdiyi oğurluğu etiraf edib.
Bundan əlavə DİN-in Çevik Polis Alayı və Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 12-də 20 Yanvar küçəsində Sumqayıt şəhər sakini Zakirə Heybətovaya qarşı zor tətbiq edərək qızıl boyunbağısını ondan alan Bakı şəhər sakini, əvvəllər məhkum olunan Kamil Abbasov tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB