Avstraliyalı nazir Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycanda səfərdə olan Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean əməkdaşlığı naziri xanım Konçetta Fierravanti-Uells iyunun 12-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.
SİA xəbər verir ki, qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üstünə tər güllər düzüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB