ATƏT-in Minks Qrupunun İrəvana rəsmi səfəri başayıb. Artıq İqor Popov, Riçard Hoqland və Stefan Viskonti işğalçı rejimin müdafiə naziri Viqen Sarkisyanla görüşüb. Bəs həmsədrlərin bu dəfə ki gəlişindən nə gözəmək olar?
Sülh prossesinə təkan verəcək hər hansı yeni təkiflər və ya mövcud statuskovunu dəyişə biləcək nəticə əldə edilə biləcəkmi? Azərbaycan cəmiyyətində həmsədrlərin fəaiyyətinə inam itib. Bu baxımdan İqor Popovun rəhbərlik etdiyi nümayəndə heyyətinin İrəvan ziyarətindən Bakı ciddi nəticələr gözləmir. Hər bir halda ümid edək ki, Minsk üçlüyü bu dəfə konkret təkiflərlə gəlib və danışılqar dalana dirənən sülh prossesini ölü nöqtədən tərpədəcək.
Nəzərə alsaq ki, cəhbədə vəziyyət hər gün bir az da gərginləşir və müharibə ehtimalı daha da artır. Belə olan halda münaqişənin hərbi müstəviyə keçməsinin qarşısını almaq üçün həmsədrlər real addımlar atmalıdır. Bu həm də Minsk qrupuna illərdir itən inamsızlığı da bərpa edə bilər.
Digər bir fakt da ondan ibarətdir ki, təmas xəttində artan gərginilik münaqişədə maraqlı ollan digər aktorları da narahat etrməyə başayıb. Özü də bu narahatlıq son 10 ilə müqayisə də daha ciddi şəkidə özünü göstərməkdədir. Başda Rusiya olmaqla digər həmsədr dövlətlər də yeni müharibə təhlükəsindən çəkinir, regionda vəziyyətin daha da ağırlaşmasında bir mənalı olaraq maraqlı deyil. Bütün neqativlərə baxmayaraq Azərbaycan tərəfi sülh danışıqlarına hazırdır. Bölgədə sülhün əldə olunması üçün isə birinci şərt işğal altında olan Azərbaycan ərazilərinin ən azından bir hissəsinin qeyri-şərtsiz boşaldılmasından keçir. Belə də müharibə təhlükəsi də aradan qalxmış olar.
Ermənistan mətbuatı Minsk üçlüyünün İrəvan təmaslarına böyük diqqət ayırıb. Səfərin əsas məqsədi kimi cəhbədəki gərginiyin azadılması göstərilir. Lakin həmsədrlər də yaxşı bilir ki, sülh danışıqlarında praktiki işə keçilməsə cəhbədə vəziyyətin stabilləşməsindən danışmaq yersizdir. Ən azından Bakı ərazilərinin işğalı ilə barışmayacağını dəfələrlə bildirib. Əgər bu gün Azərbaycan torpaqlarında erməni əsgəri ölürsə Ermıənistan cəmiyyəti bunun hesabını Serj Sarkisyan və onun cinayətkar komandasından tələb etməlidir. Ermənistanı qıcıqlandıran digər səbəb isə ön xəttə diversiya həmlələrinin boşa çıxmasıdır. Azərbaycan ordusunun təxribatlara tutarlı cavab verməsi qarşı tərəfin ağır itkiləri ilə nəticələnir. Bu gün Ermənistanın diqqəti başqa tərəflərə yönəldə biləcək həmlələri ola bilər. Amma uzun illərdir münaqişənin danışıqlar yolu ilə həllinə çalışan həmsədrlər artıq dərk edib ki, statuskvonun uzadılmasına yönələn addımlar müharibə təhlükəsini aradan qaldırmır. Əksinə bir qədər də yaxınlaşdırır.
Başqa sözlə desək atəşkəsi hansı tərəfin pozmasını araşdırmaq üçün bölgəyə gəlmək vaxt itkisindən başqa bir şey deyil və bu silahların susmasına kömək etməyəcək. Rəsmi Bakının haqlı mövqeyi qarşısında aciz qalan həmsədrlər üzərinə düşən vəzifəni icra etməsi lazımdır. İşğala məruz qalanla işğalçı bəlldir. İşğal faktı uzandıqca erməni əsgərlərinin ölməsi də realdır. Bunun üçün kimsə Azərbaycanı günahlandıra bilməz. Ən azından beynalxalq hüquq var və Dağlıq Qarabağ birmənalı şəkildə Azərbaycan ərazisi kimi tanınır.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB