Azərbaycan Dövlət İqtisad Universitetinin həyatında tarixi bir hadisəyə çevriləcək an...
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) 80 illik yubileyinin dekabrın 18-19-u tarixlərində keçirilməsi nəzərdə tutulub. Bu barədə SİA-ya açıqlamasında ADİU-nun rektoru Şəmsəddin Hacıyev məlumat verib. O bildirib ki, yaxın günlərdə dəqiq tarix müəyyənləşəcək. Ş.Hacıyevin sözlərinə görə, hazırda bununla əlaqədar universitetdə çox ciddi hazırlıq işləri görülür, universitetin əsas binası demək olar ki, yenidən qurulub.
"Yubiley tədbiri 2 gün ərzində təşkil olunacaq. I gün geniş tərkibli konfrans keçiriləcək, II gün isə konfrans plenar iclaslarla davam etdirəcəklər. Yubileydə iştirak etmək üçün artıq bütün tərəfdaş universitetlərə məktublar göndərmişik. 100-dək çox əməkdaşlıq etdiyimiz universitetlərin nümayəndələri bu tədbirdə iştirak edəcək. Bu yubiley mərasimi universitetimiz həyatında tarixi bir hadisəyə çevriləcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB