Vayra Vike-Freyberqa Azərbaycan gəncləri ilə görüşüb

Bakıda səfərdə olan BMT Baş katibinin xüsusi elçisi, Avropa İttifaqının uzunmüddətli inkişaf proqramının həmsədri, Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqa sentyabrın 12-də Azərbaycan gəncləri ilə görüşüb.

SİA-nın məlumatına görə, "İRƏLİ" İctimai Birliyinin sədri Ceyhun Osmanlı rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında qonağa məlumat verib. Xanım Vayra Vike-Freyberq yenidən Azərbaycanda olmağından məmnun qaldığını bildirib. O deyib ki, Azərbaycan gənclər ölkəsidir, bu ölkənin inkişafında gənclərin rolu böyükdür. Azərbaycan hər sahədə sürətlə inkişaf edir. Siz xoşbəxtsiniz ki belə bir ölkədə yaşayırsınız.

Sonra qonağa Azərbaycan gənclərinin gələcəyə baxışları, fikirləri barədə ətraflı məlumat verilmiş, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin deputatı Qənirə Paşayeva, Latviyanın Azərbaycandakı səfiri Hardijs Baumanis iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...