“Deputatlığa namizədlər üçün yaddaş kitabçası”

“Deputatlığa namizədlər üçün yaddaş kitabçası”

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə bağlı seçki subyektlərinin maarifləndirilməsi proqramını davam etdirir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, proqram çərçivəsində "Deputatlığa namizədlər üçün yaddaş kitabçası" hazırlanıb çap etdirilib. Məqsəd deputatlığa iddialı vətəndaşlara passiv seçki hüquqlarının reallaşıdırılmasında yardımçı olmaqdır.

Yaddaş kitabçasında deputatlığa namizədliyin irəli sürülməsi, seçici imzalarının toplanması, deputatlığa namizədliyin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi, namizədliyin qeydə alınması qaydaları əks olunmuş, eyni zamanda, namizədlərin hüquq və vəzifələri izah edilib.

Kitabçada namizədlərin riayət etməli olduğu, onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumat verilib.

Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə