Rusiya taxil ixracına qadağa qoyduqdan sonra rəsmi İrəvan cörək üçün İrana üz tutub. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu zəmində İran ermənilərə yardım əlini uzadıb. Belə ki, Ermənistan şirkətləri İrandan artıq taxıl idxalına başlayıb. Bunu jurnalistlərə açıqlamasında Ermənistanın kənd təsərrüfatı naziri Gerasim Alaverdyan bildirib. Onun sözlərinə görə, artıq "Manço-qrup" şirkəti bu günlərdə 10 min ton ərzaq buğdasının alınmasıyla bağlı müqavilə imzalayıb.
Taxılın ilk partiyası ölkəyə gətirilib və daşıma iritutumlu avtomobillərlə aparılır. Qeyd edək ki, Ermənistan hər il yarım milyon ton buğda idxal edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB