Braziliyada dərc olunan “Embassy Brasilia” jurnalının saytında ingilis və portuqal dillərində Səfirlik tərəfindən keçirilmiş “28 May Respublika Günü” tədbirinə həsr edilmiş məqalə dərc edilib. SİA-nın verdiyi məlumata görə, məqalədə Səfir Elxan Poluxovun və Braziliya Konqresinin Deputatlar Palatasında Azərbaycan-Braziliya Dostluq Qrupunun sədri Klaudio Kajadonun çıxışlarına istinad edilərək, Azərbaycanın sivilizasiyaların və mədəniyyətlərin kəsişməsində yerləşdiyini, ölkənin tarixi, mədəniyyəti, müstəqilliyin ilk illərində üzləşdiyi çətinliklər və Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın bu çətinliklərin öhdəsindən gəldiyi, Prezident İlham Əliyevin ardıcıl və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş uğurlar haqqında məlumat verilərək, Azərbaycan – Braziliya münasibətləri, xüsusi ilə ticarət dövriyyəsi, eləcədə Azərbaycanın iqtisadiyyatı, regional və qlobal layihələri haqqında məlumat oxucuların nəzərinə təqdim edilib.
Bundan əlavə, son illərdə Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər, xüsusi ilə birinci avropa oyunları, islam həmrəyliyi oyunları, formula bir yarışları haqqında da bəhs edilib.
Məqalə haqqında əlavə məlumat almaq üçün aşağıdakı linkə müraciət etmək olar:
http://embassybrasilia.com.br/site/azerbaijan-in-celebration-this-sunday28/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB