İsveç erməniləri Ermənistan üzrə həmməruzəçisi Lindbladın təklifindən qəzəbləniblər - SON XƏBƏR
İsveç Erməniləri Assosiasiyaları birliyi ölkənin ATƏT-dəki nümayəndə heyətinin rəhbərliyindən təşkilatın Ermənistan üzrə həmməruzəçisi Lindblad tərəfindən səsləndirilmiş və "Novosti Armeniya"da yerləşdirilmiş fikirlərinə şərh verməyi tələb ediblər.
SİA-nın verdiyi məlumata görə, Höteborqda təşkil olunmuş konfransda Qoran Lindblad bildirib ki, "bu ilin 11 mart tarixindən başlayaraq İsveç parlamentində "erməni soyqırımı" haqqında qanun layihəsinin qəbuluna köməklik edən Sol Blok partiyaları bu layihəni Avropa Bilriyi və BMT-yə çıxarmaq istəyirlər. Bu məsələ ilə bağlı onlar artıq razılığa gəliblər və hətta "erməni soyqırımı" məsələsini məktəb dərsliklərinə də saldırmaq istəyirlər. Onların təşəbbüsünün iflas omlası üçün öz səslərininzi "Moderat" və ya digər sağçı partiyalara verin".
Bu məsələyə Lindblad belə aydınlıq gətirib: "Mən hesab edirəm ki, belə prinsipial məsələlər parlamentlərdə müzakirə predmeti olmamalıdır. İnanıram ki, parlament bu cür tarixi problemlərə müraciət etməyəcək və bunun müəyyən olunmuş maraqların xeyrinə və ya əleyhinə olduğu da heç bir əhəmiyyət kəsb etmir".
Qeyd edək ki, Lindblad İsveç parlamentində iki təşəbbüslə çıxış edib: onlardan biri 1932-33-cü illərdə Ukraynada soyqırımına (hazırda bu ölkənini yeni hakimiyyəti tərəfindən tanınmır), digəri isə konfliktə cəlb olunmuş Azərbaycan və Ermənistana Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə aiddir. ATƏT-in etdiyi bəyanatda qarşılıqlı güzəştlər etmək şərti ilə sülh yolu tapmağa çağırış var. Lindbladın layihəsində isə "bütün hərbi əməliyyatlar dayandırılmalı və ərazi bütövlüyü prinsipindən çıxış edərək bütün qoşunlar hər iki ölkənin öz sərhədləri çərçivəsinə aparılmalıdır" fikirlər yer alıb. O, həmçinin bütün qaçqınların geri qaytarılmasını və problemin həlli ilə yanaşı onlar üçün yaxşı şəraitin təmin edilməsini tələb edir.
Bütün bunları nəzərə alaraq İsveç Erməniləri Assosiasiyaları birliyi Lindblada etirazlarını bildiriblər. Ermənilər ATƏT-in Ermənistan üzrə həmməruzəçisinin neytrallıq nümayiş etdirmək əvəzinə ərazi bütövlüyü məsələsinin əsas kimi götürülməsindən bərk təşvişə düşüblər. Onlar İsveç parlamentinin üzvünün Dağlıq Qarabağla bağlı açıqlamasında erməniləri qane etməyən, öz müqəddaratını təyinetmə hüququnun ikinci plana keçirilməsini şərtləndirən qətnamənin qəbul olunacağını Ermənistan üçün öldürücü zərbə təsiri bağışlayacağını qeyd edirlər. Bunu belə əsaslandırırlar ki, bu, ATƏT-in Minsk qrupunun təkliflərinə zidddir. "Lindbladın tələbi tamamilə ərazi bütövlüyü prinsiplərinə söykənir, hansı ki, Azərbaycan ritoriikası tərəfindən mütəmadi olaraq istifadə olunur və "Madrid prinsipləri"nin əlehinədir. Dağlıq Qarabağın ətrafında olan ərazilərdən qoşunların çıxarılması, Ermənistan və Qarabağ arasında dəhlizin təmin olunması (əsasən Laçın və Kəlbəcər) hissəsindən fərqlənir", - ermənilərin etiraz bəyanatında belə deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB