BAXCP rəsmisi: “Əfqan Muxtarlı jurnalist deyil, Xədicə İsmayılın "telexronitel"i olub” AÇIQLAMA
“Azərbaycanda fəaliyyət göstərən 5-ci kalonun nümayəndələri bir neçə ildir ki, maliyələşmə prosesini Gürcüstan vasitəsi ilə həyata keçirir. Bilirisiniz ki, bir sıra qanunların qəbulundan sonra ölkəmizdə çirkli pulların daxil olması xeyli əngəllənib. Bu məcburiyyətdən radikal müxalifətin nümayəndələrinə, xüsusən də Əli Kərimliyə, Xədicə İsmayıla və digər şəxslərə göndərilən pullar Gürcüstana göndərilir. Və bu adamlara yaxın şəxslər də çox asan yolla Gürcüstana gedib, bir gün ərzində QHT təsis edib, qeydiyyatdan keçirə bilirlər. Və bundan sonra həmin QHT Gürcüstanın istənilən bankında hesab açıb vəsaiti nəğd şəkildə götürə bilirlər. İlk açıqlamalarımda da Əli Kərimlinin müavini Gözəl Bayramlının məhz Əli Kərimliyə gəlmiş dolları gətirdiyinə getdiyini demişdim. Artıq istintaqın ilkin olaraq verdiyi açıqlamarından da görünür ki, Gözəl Bayramlının evlərində axtarış zamanı. 2 il ərzində onun Gürcüstana 42 dəfə səfər etdiyini və hər dəfə də Gözəl Bayramlnın Gürcüstan banklarından xeyli dollar, rubl çıxardığınun bank sənədləri tapılıb. Sual olunur, bunları kim edib?! Kim Gözəl Bayramlını Gürcüstan ərazisində məcbur edib ki, onun adına banka gəlmiş gülü miqdarda vəsaiti nagdı şəkildə çıxartsın. Göründüyü kimi, açıqlamalarımda tam haqlıyam. Və istintaq başa çadıqdan sonra, yeni-yeni fktlar ortaya çıxacaq. Əfqan Muxtarlıya gəldikdə isə, Azərbaycan mətbuatından çox yaxşı bilirlər ki, bu, adamın nə mətbuata, nə jurnalistikaya aidiyyatı olmayıb. Bu adam söz sahibinə çevrilməsi, 2013-cü ildən sonra 5-ci kalonun "bossu" sayılan Xədicə İsmayılın "teloxranitel"i təyin olunandan sonra olub. Radikal müxalifətin keçirdiyi mitnqlərdə də onun Xədicəni necə mühafizə etdiyi ilə bağlı sosial şəbəkələrdə şəkilləri yayılıb. Xədicə İsmayıl həbs olunandan sonra bu adam Gürcüstanda anti-Azərbaycan şəbəkəsinin rəhbəri olub, Xədicə İsmayılın tapşırığı ilə. Bu adamların hamısı Azərbaycanın milli maraqlarının əleyhinə fəaliyyət göstərən və bütün cəhdlə Azərbaycanda sabitliyin pozulması üçün əllərindən gələni əsirgəmirlər. Sosial şəbəklərdə də bunların bu cür fəaliyyəti açıq şəkildə görünür".
Nİyaməddin Orduxanlı özünün facebook səhufəsində Əfqan Muxatarlının Xədicə İsmayılı radikal müxalifətin mitnqlərinə mühafizə etməsi ilə bağlı şəkillər yayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB