ABŞ dövlət katibi Hillari Klinton Ramazan ayı münasibətilə Xarici İşlər Nazirliyində iftar verib. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə, iftarda, Amerikadakı müsəlman təşkilatlarının rəhbərləri iştirak edib. H. Klinton çıxışında 2001-ci il sentyabrın 11-də Dünya Ticarət Mərkəzinə edilən hücumun ildönümündə Florida əyalətindəki bir kilsə rahibinin Quranı yandıracağı barədə planını qonaqların diqqətinə çatdıraraq bu addımı pisləyib: "Rahibin edəcəyi bu cəhd hörmətsizlikdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB