Müqəddəs Ramazan ayının 29-cu gününün təqvimi

Müqəddəs Ramazan ayının 29-cu gününün təqvimi

Bu gün 11 ayın sultanı Müqəddəs Ramazan ayının iyirmi doqquzuncu günüdür. SİA müqəddəs ayın imsak, iftar vaxtlarını və gündəlik duaları təqdim edir.

 

Hicri təqvimi
1431

Miladi təqvimi
2010        

Sübh
namazı

Gün
çıxır

Zöhr
namazı

Əsr
namazı

Axşam
namazı
i
ftar

İşa
namazı

29. Ramazan

8. Sentyabr

Çərşənbə axşamı.

06:03

07:14

13:42

17:48

20:16

21:36

 

Ramazan ayı boyunca hər gün iftar açarkən bu duanı oxumaq lazımdır: "Allahumə, ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu fətəqəbbəl minni innəkə əntəs-səmiul-əlim. Allahummə ya vasiəl-məğfirəti iğfirli".

 

Ya Allah, sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənən təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey böyük məğfirət Sahibi! Günahlarımı bağışla!

 

Ramazan ayının 29-cu gününün duası:

 

"Allahummə, ğəşşini fihi bir - rəhməti, vərzuqni fihit-tofiqə vəl-ismətə və təhhir qəlbi min ğəyahibit-tuhəməti, ya rəhimən biibadihil-muminin"

 

Tərcüməsi:

 

"Ya Allah, mənə bu gün rəhmət bəxş elə, uğur və himayə qismət et, qəlbimi töhmət zülmətləindən pak et, ey öz mömin bəndələrinə Rəhm Edən!"

 

Qeyd edək ki, imsak vaxtının son həddi sübh namazının vaxtından 20 dəqiqə əvvəldir. Digər şəhərlər üçün Bakı vaxtına edilən əlavələr:

Ağdam+11, Ağdaş +10, Ağsu+5, Ağcabədi+10, Ağstafa+18, Astara+4, Babək+18, Balakən+5, Beyləqan+10, Bərdə+11, Cəlilabad+6, Cəbrayıl+12, Culfa+18, Daşkəsən+15, Dəvəçi+4, Şirvan+4, Füzuli+11, Göyçay+8, Gəncə+14, Gədəbəy+16, Goranboy+12, Horadiz+10, Göygöl+14, Xaçmaz+4, İsmayıllı+6, İmişli+7, Kəlbəcər+15, Kürdəmir+6, Qax+11, Qazax+19, Qazıməmməd+4, Qəbələ+8, Quba+5, Qusar+4, Qubadlı+13, Laçın+14, Lənkəran+5, Lerik+7, Masallı+5, Mərəzə+3, Mingəçevir+11, Marneuli (Tiflis)+20, Naxçıvan+18, Neftçala+3, Oğuz+11, Ordubad+16, Saatlı+6, Sabirabad+6, Salyan+4, Siyəzən+3, Sumqayıt+1, Şamaxı+6, Şahbuz+18, Şəki+12, Şəmkir+15, Şərur+18, Şuşa+13, Tərtər+12, Tovuz+16, Yardlmlı+8, Yevlax+11, Ucar+8, Zaqatala+15, Zəngilan+13, Zərdab+9.

Bütün xəbərlər Facebook səhifəmizdə