Növbəti ictimai dinləmə Sabirabadda keçirilib

Növbəti ictimai dinləmə Sabirabadda keçirilib

Ombudsman Elmira Süleymanova Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə Sabirabad rayonunda növbəti ictimai dinləmə keçirmiş, eyni zamanda bələdiyyələrin işi də müzakirə olunub.

Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ictimai dinləmədə rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatların, KİV-lərin və icmaların nümayəndələri iştirak ediblər.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Heydər Abbasov tədbiri açaraq, bu ictimai dinləmənin əhəmiyyətini vurğulayıb.

Ombudsman müqəddəs Ramazan ayı münasibətilə iştirakçıları təbrik etmiş, xoş arzularını bildirib. O, regionda daşqınların, təbbii fəlakətin ən çoz zərbə vurduğu yerin Sabirabad olduğunu vurğulamış, dövlətin insan itkisi olmadan təbii fəalkətin aradan qaldırılması istiqamətində dərhal operativ tədbirlər gördüyünü, insanların da yüksək intizam və dözümlülük göstərdiyini vurğulamışdır. O, həmin günlərdə Sabirabadda, sel basan digər ərazilərdə olduğunu, Şirvanda təbii fəalkətdən ziyan çəkən çoxsaylı soydaşlarımızla görüşdüyünü, problemlərini öyrəndiyini, bir dənə də olsun şikayət və etiraz eşitmədiyini, hamının ölkə Prezidentinin özünün yerlərə gəlib insanlarla görüşməsindən, vəziyyətlərini öyrənib tapşırıqlar verməsindən, nazirlərin bu işdə səfərbər olmasından razılıq bildirdiyini, dövlətin dərhal qabaqlayıcı tədbirlər gördüyünü, insanların çevik köçürüldüyünü, onların lazımi təminatını diqqətə çatdırıb.

Müvəkkil vaxtilə Sabirabad rayonunda məskunlaşmış məcburi köçkünlərin vəziyyətini daim diqqətdə saxladığını, onlara mütəmadi baş çəkdiyini, hüquqlarını müdafiə etdiyini vurğulayıb.

Müvəkkil ölkəmizdə, o cümlədən bu rayonda icra olunan MFP və həmin sənədin istiqamətləri, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və perspektivlər, habelə Ombudsman təsisatının fəaliyyəti barədə ətraflı məlumat verib.

Ombudsman qarşıdan gələn Parlament seçkilərini nəzərə alaraq, seçki hüquqlarının prioritet məsələ olduğunu, Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edildiyini, ölkə Prezidentinin bu sahədə müvafiq Sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin zəruriliyini vurğulamış, əhalini seçkilərdə fəal iştirak etməyə çağırıb.

Müzakirələrdə rayon məhkəmə sədri, prokuroru, polis rəisi, icra nümayəndələri və digər iştirakçılar çıxış edərək, rayonda MFP və insan hüquqları üzrə fəaliyyət, son məhkəmə-hüquq islahatları, ölkə Prezidentinin müvafiq fərmanlarına əsasən, yeni məhkəmələrin yaradılması və regionlarda yerləşdirilməsi, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi istiqamətində bir sıra qanunlara və normativ hüquqi aktlara dəyişiklik və əlavələr edilməsi, təbii fəlakət zamanı əhalinin birgə səylər göstərməsi və nəticələrinin aradan qaldırılması, digər tədbirlər barədə məlumat veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə