Erməni mətbuatı: “Avropa Birliyi Rusiya, ABŞ və Fransaya qarşı”

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin Azərbaycana səfərini ermənilər diqqətlə izləyirlər. SİA-nın məlumatına görə, erməni mətbuatı xüsusi nümayəndənin Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov ilə görüşündə münaqişənin həlli ilə bağlı açıqlamasından narahatlığını bildirib.

 

Avropa Birliyi rəsmisinin doğma yurdlarından zorla didərgin salınmış azərbaycanlıların torpaqlarına qaytarılması ilə bağlı açıqlamasından razı qalmayan ermənilərin fikrincə, ermənilərin böyük hissəsi də Azərbaycandan qovulub: "Piter Semnebi bunu humanitar problem kimi regionun, Cənubi Qafqazın inkişaflarına ciddi maneə hesab edir. Hər halda cənab Semnebi Bakıdan, Kirovabaddan və Sumqayıtdan yüz minlərlə erməni qaçqını haqqında danışmayıb".

 

Agentliyini yazdığına görə, Avropa Birliyi təmsilçisi verdiyi açıqlamaları ilə Minsk qrupu həmsədrlərinin əleyhinə çıxıb: "Avropa Birliyi rəsmisi bəyan etdi ki, iki faktor sülh üçün vacib sayılmalıdır: Azərbaycanın ərazi bütovlüyü və qaçqınların evlərinə qaytarılması. Beləliklə, Avropa Birliyi rəsmisi faktiki olaraq ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatına qarşı çıxır. Rusiya, Fransa və ABŞ münaqişənin tənzimlənməsinin üç əsas prinsipini xüsusi olaraq qeyd edib: ərazi bütovlüyü, öz müqəddəratını təyin etmə və hərbi qüvvədən imtina".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...