Kərim Kərimov: “Son vaxtlar çirkli pulların yuyulması ilə bağlı cinayətlərin artması halları qeydə alınıb”
"Son vaxtlar çirkli pulların yuyulması, kredit kartlarından oğurluq, transmilli cinayətkar qrupların bir neçə ölkə ərazisində bir-birilərini tanımadan birgə fəaliyyəti ilə bağlı cinayətlərin artması halları qeydə alınıb". SİA-nın məlumatına görə, bunu ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə keçirilən "Kibertəhlükəsizliyə hərtərəfli yanaşma" mövzusunda seminarda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı Kərim Kərimov bildirib. Onun sözlərinə görə, Azərbaycanda 1998-ci ildən kibertəhlükəsizliklə bağlı dövlət proqramı qəbul olunub və respublikada "Elektron Azərbaycan" strategiyası həyata keçirilir. O, qeyd edib ki, internet sahəsində inkişaf başladıqca hərtərəfli ölkə daxili lokal şəbəkələrə qoşulduqca problemlər artıq hiss olunmağa başlayıb: "Azərbaycanda bir sıra ölkələrin təcrübəsinə əsaslanaraq 2000-ci ildə cinayət məcəlləsinə kompyuter cinayətkarlığı ilə bağlı 3 maddə daxil edilib və həmin maddələrin istintaq aidiyyatı MTN-ə həvalə edilib. Bununla əlaqdədar MTN-də yeni qurum kompyuter cinayətkarlığı ilə bağlı qrum fəaliyyətə başlayıb və bu sahədə olan kibertəhlükəsizliyə dəlalət edən hər hansı bir məlumatın ilkin tədqiqatı və məhkəməyə qədər aparılmasını həyata keçirilməsi işi həvalə olunub. İlk anda çox sadə bir kibertəhlükəsizliyə, kibercinayətkarlığa dəlalət edən məlumatlar daxil olunmağa başlayıb. MTN-nə daxil olan ilkin ərizə və şikayətlər çox sadə insanların hüquqlarının pozulması ilə bağlı hər hansı bir dövlət, şirkət və yaxud şəxslərin fərdi məlumatlarına və ya saytlarına hücumların olması ilə yadda qalıb. Amma tədricən bu sahədə inteqrasiya, inkişaf getdikcə cinayətkarlığın artması tendensiyası hər il və hər ay artmağa başladı. Yəni kifayət qədər cinayətkarlığın artması halları özünü təzahür edirdi".
Nazirlik rəsmisi qeyd edib ki, eyni zamanda bu hallar internet kanallarından, nəzarətdən kənar qanunsuz rabitə kanallarının təşkil edilməsi, kompyuter şəbəkələri vasitəsilə informasiyanın məhvi, təcrid olunması, dezinformasiyaların verilməsi, ideoloji təxribat aparılması və ardıcıl virus proqramların yayılması, pozuçuluq mahiyyətli məlumatların yayılması, qanunsuz informasiyanın əldə olunması üzrə xüsusi texniki aparatların alqı-satqısı işlərinin aparılması, bank maliyyə fırıldaqlarının törədilməsi, nəzarətdən kənar internet yaradılması və daha sonra terror barədə bilə-bilə yalan məlumat verilməsi davam edir.
Azərbaycanda vətənpərvər ruhlu gənclərin olduğunu diqqətə çatdıran nazirlik nümayəndəsi vurğulayıb ki, Azərbaycanın ərazisi işğala məruz qalıb, ölkədə 1 milyona yaxın qaçqın və məcburi köçkün var, həmin gənclərin arasında öz etirazlarını bildirən şəxslərlə bağlı 1998-2000-ci illərdə bir neçə insident baş verib: "İnternetdə axtarış verəndə bununla bağlı məlumatlar çıxır. Araşdırmalar göstərib ki, bu insidentin yaranması qonşu dövlətin nümayəndələrinin Azərbaycanın milli forumlarında, çatlarında qızışdırıcı münasibətlər yaradaraq, həmin gəncləri bu işə sövq ediblər. Çıxarılan İP ünvanlar da bunu sübuta yetirdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB