Lənkəranda təhsil işçilərinin ənənəvi konfransı keçirilib. SİA-nın cənub bürosunun məlumatına görə, tədbirdə Təhsil Şöbəsinin müdiri Səmədağa Abdullayev "Keçən tədris ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr" mövzusunda məruzə edib. Ötən ilin nəticələrini açıqlayan məruzəçi bildirib ki, təhsil sisteminin yenilənməsi, müasir tələblərə çatdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Məktəblərin maddi-texniki bazası möhkəmləndirilib. Bunun nəticəsi olaraq cari ildə Lənkərandan 361 abituriyent ali məktəblərə qəbul olunub. Bunlardan 15 nəfəri 600-dən, 45 nəfəri isə 500-dən yuxarı bal toplayıb.
Konfransda bu il ən yüksək bal toplayan Əzizağa Mikayılzadə ,valideyn Şahnaz Babayeva, TQDK-nın regional bölməsinin müdiri Əbdüləhəd Bağırov və Təhsil Nazirliyinin şöbə müdiri Şahrza Əliyev və başqaları çıxış edərək ildən-ilə inkişaf edən təhsilimizin uğurlarından, bu sahəyə artan dövlət qayğısından danışıblar.
Bunula yanaşı tədbirdə hələdə mövcud olan nöqsanlara toxunulub, onların həlli istiqamətində təkliflər irəli sürülüb.
Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov rayonun təhsil işçilərini yeni tədris ili münasibətilə təbrik edib.
Sonda qəbul imtahanlarında 600-dən yuxarı bal toplyan tələbələrə qiymətli hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Lənkəranda fəaliyyət göstərən 72 orta,14 əsas və 3 ibtidai məktəbdə 29120 şagird təhsil alır ki, onların təlim-tərbiyəsilə 4120 pedaqoq məşğul olur.
Bu il 1-ci siniflərə 2160 şagirdin qəbulu proqnozlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB