Heydər Əliyev Fondu Moskvada iftar süfrəsi açıb

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın adından müqəddəs Ramazan bayramı münasibətilə Moskvada iftar süfrəsi açıb. SİA-nın məlumatına görə, tədbir Poklon dağında açılmış Ramazan çadırında təşkil olunub. Tədbirin təşkilində Rusiya Müftilər Şurası və "Nadejda" Mədəni-Maarif Fondu yaxından iştirak edib.

Azərbaycan diasporunun nümayəndələrinin, oruc tutanların, qonaqların dəvət olunduğu iftar süfrəsinin əvvəlində Quran oxunmuş, namaz qılınıb. Sonra qonaqlara Azərbaycan mətbəxinin təamları təklif olunub.

İftar süfrəsi zamanı Azərbaycan haqqında videofilm nümayiş etdirilmiş, milli musiqimiz səslənib. Toplaşanlara "Baku", "İrs" jurnalları, Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən bukletlər, Azərbaycan haqqında multimedia diskləri, Azərbaycanın mənzərələri əks olunmuş açıqcalar paylanıb.

İftar süfrəsinə dəvət olunanlar Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevaya xüsusi minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə