Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs Ramazan ayının bayram namazının vaxtını açıqlayıb. SİA-nın məlumatına görə, İdarədən bildiriblər ki, Azərbaycanda bayram namazı sentyabrın 9-da səhər saat 10.00-da qılınacaqdır.
Ramazanın başa çatması münasibətilə bayram namazı Təzə Pir məscidində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə qılınacaqdır.
Mərasimdə müsəlmanlar üçün dualar ediləcək, uca Tanrıdan onların niyyətlərinin, oruc və namazlarının qəbul olunması istəniləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB