Darfurda mühacirlərlə polis arasında çıxan qarşıdurmada 10 nəfər ölüb
Sudanın problemli bölgəsi Darfurdakı iki mühacir düşərgəsində polislə çıxan qarşıdurmada 10 nəfər ölüb, 27-i isə yaralanıb. SİA-nın məlumatına görə, Parisdə sürgündə yaşayan Abdülvahid Nur liderliyindəki Sudan Qurtuluş Hərəkatı Ordusu (SLAM) tərəfindən verilən açıqlamada, bu səhər hökumət qüvvələrinin Hamidiye və Hamsa Daqaig qaçqın düşərgələrinə basqın təşkil etdiyi, biri qadın olmaqla 10 adamın öldüyü, 27 adamın isə yaralandığı bildirilib.
Bölgədə yerləşdirilən BMT və Afrika birliyi sülhməramlı qüvvələri, qarşıdurmalarda ölənlərin olduğu haqda məlumatın gəldiyini, ancaq ölü sayısının bilinmədiyini qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB