Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçiriləcək

Sentyabrın 6-sı Bilik günü ilə bağlı Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr (2010-cu il) konfransı təşkil olunacaq. Bakı şəhəri üzrə Təhsil İdarəsindən SİA-ya verilən xəbərə görə, konfrans Bakının "Hyatt Recency" otelinin "Quba" zalında keçiriləcək. Konfrans 2010-2011-ci tədris ilində qarşıda duran vəifələri müzakirə etmək, mövcud vəziyyəti obyektiv qiymətləndirmək və əməli təkliflər hazırlamaq məqsədi daşıyır.

Ənənəvi sentyabr konfransı iki: plenar və bölmə hissələrindən ibarət olacaq. İlk gün plenar iclası keçirilən konfransın bölmə iclasları sentyabr ayının 7-də Bakının 19 məktəbində baş tutacaq. Bütün məktəblərin qabaqcıl müəllimlərinin cəlb olunduğu bölmə iclasları Bakının 20, 190, 106, 139, 211, 54, 276, 3, 181, 96, 107, 138, 279, 95, 285, 258, 36, 214, 210 saylı məktəblərində təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə