Rusiyada yanğınlar yenidən baş qaldırıb

Rusiyada yanğınlar yenidən baş qaldırıb

Son 130 ilin ən isti yayını yaşayan Rusiyada iyun ayının sonundan etibarən başlayan meşə və bataqlıq yanğınları havaların sərinləməsi ilə nəzarət altına alındığı əsnada, ölkə bu dəfə də Volqaqrad bölgəsindəki meşə yanğınlarıyla sarsılıb.

SİA-nın məlumatına görə, rus xəbər agentlikləri Volqaqrad bölgəsindəki meşə yanğınındakı alovların güclü külək üzündən bölgəyə yayıldığını, ilkin ehtimallara görə bir adamın həyatını itirdiyini, ən azı 60 binanın da yanaraq kül olduğunu bildiriblər.

Rusiya Fövqəladə Hallar Nazirliyi Volqaqrad bölgəsinin rəsmisi Yelena Rodinova verdiyi açıqlamada, bu gün baş verən yanğınlarda 4 müxtəlif yaşayış məntəqəsində 60 evin yanaraq kül olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə