AXCP-Müsavat birliyi 85-ə yaxın seçki dairəsində namizədlərin müəyyənləşməsi ilə bağlı razılığa gəlib. SİA-ya açıqlamasında bu sözləri AXCP-nin sədr müavini Həsən Kərimov bildirib.
Vahid namizədlər siyahısının müəyyənləşməsi ilə məşğul olan İşçi Qrupunun bu gün növbəti iclasının keçirildiyini deyən H.Kərimov seçki müddətinə qalan 5 gün ərzində ümumilikdə 100-dən artıq dairədə namizədin məlum olacağını deyib. AXCP funksioneri razılaşdırılması mümkün olmayan dairələrin iki partiyanın əməkdaşlığına təsir etməyəcəyini qeyd edib: "Razılaşdırılmayan dairələrin sayı 40-a yaxındır. Çalışacayıq ki, daha çox dairədə razılığa gələk. Bu mümkün olmadıqda isə həmin dairələrdəki Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədləri sona qədər mandat uğrunda mübarizə aparacaqlar".
AXCP-Müsavat tərəfindən digər müxalifət partiya sədrlərinin dəstəklənməsinə gəlincə, N.Kərimov bunun istisna edilmədiyini, amma hər şeyin imzatoplama kampaniyası və namizədliklərin qeydə alınmasından sonra məlum olacağını vurğulayıb. AXCP-nin sədr müavini razılaşdırılmış dairələr üzrə 20-ə yaxın bitərəf namizədin olduğunu söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB