”Qarabağ” Seçki Blokunun toplantısı keçiriləcək

Sabah "Qarabağ" Seçki Blokuna daxil olan partiyala rəhbərləri, blokun namizədləri və partiya fəallarının iştirakı ilə toplantı keçiriləcək. SİA-ya bloka daxil olan Azərbaycan Demokrat Partiyasının (ADP) mətbuat xidmətindən verilən məlumata görə, toplantıda mövcud ictimai-siyasi vəziyyət barədə partiya rəhbərlərinin məruzələri dinləniləcək və qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə bağlı son müzakirələr aparılacaq.

 

Qeyd edək ki, "Qarabağ" Seçki Blokuna ADP, Ümid və Aydınlar Partiyaları daxildir. Blok ADP və Ümid tərəfindən yaradılsa da, Aydınlar Partiyası sonradan bloka qoşulmaqla bağlı müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...