Mübariz Qurbanlı: “Gec-tez Azərbaycan öz torpaqlarını qaytaracaq və Serj Sarkisyanın həmin iddiaları o zaman puç olacaq” - MÖVQE
"Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağla bağlı verdiyi son bəynatlar yeni deyil. O hər zaman erməni təbliğatında istifadə olunan tezisləri yenidən dövriyyəyə gətirərək, bu və ya digər formada təkrarlayır". Bu sözləri SİA-ya millət vəkili Mübariz Qurbanlı açıqlamasında deyib. O bildirib ki, ermənilərin Azərbaycanın ümumi miqdarı 17,2 min kv. km-ə bərabər olan torpaqlarını işğal etməsi və belə bir ərazinin XXI əsrdə beynəlxalq norma və prinsiplərə zidd olaraq özünə birləşdirmək cəhdi bütövlükdə beynəlxalq münasibətlər sistemində formalaşmış qaydalarının tapdalanması, beynəlxalq aləmdə mövcüd olan qaydalara zidd olan bir hərəkətdir. Onun sözlərinə görə, dünya, bütövlükdə beynəlxalq təşkilatlar indiki şəraitdə XXI əsrdə torpaq ilhaqına gətirəcək addımlara qarşıdır və bunun qarşısı alınmalıdır.
M.Qurbanlı deyib ki, düşmən ölkənin prezidentinin çox böyük iddialarla çıxış etməsi reallığı əks etdirmir. Millət vəkili bildirib ki, əsas reallıq Dağlıq Qarabağın ətrafında olan torpaqların bütün beynəlxalq sənədlərdə Azərbaycan torpaqları kimi qeyd edilməsidir: "Bütün beynəlxalq təşkilatlar, eyni zamanda erməniləri bu və ya digər formada himayə edən dairələr həmin ərazilərin Azərbaycan ərazisi olduğunu etiraf etmək zorundadırlar. Ona görə də gec-tez Azərbaycan öz torpaqlarını qaytaracaq və Serj Sarkisyanın həmin iddiaları o zaman puç olacaq".
Dağlıq Qarabağ məsələsinin Birləşmiş Millətlər Təşkilatında (BMT) düşmən ölkə tərəfindən yenidən müzakirəyə çıxarmaq iddialarına gəlincə, millət vəkili BMT-nin dünyada sülhün və təhlükəsizliyin qorunmasına məxsus olan ən böyük bir qurum olduğunu və onun Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 4 qətnaməsinin olduğunu xatırladıb: "Hazırda Azərbaycanın doplomatiyası uğurlu bir addım ataraq yenidən BMT Baş Məclisinə Dağlıq Qarabağdak vəziyyət haqqında sənəd təqdim edib. Əminəm ki, bu sənəd qəbul olunacaq və bu da ermənilərə növbəti bir ideoloji siyasi zərbə olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB