"Rəsmi Vaşinqton Yaxın Şərqdə mövcud olan münaqişənin həllinin tərəfdarıdır, eyni zamanda İsrail ilə mehriban qonşuluq prinsipləri əsasında yaşayacaq Fələstin dövlətini görmək niyyətindədir". SİA-nın xarici mətbuata istinadən veridiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama Fələstin Milli Administrasiyasının lideri Mahmud Abbas, İsrailin baş naziri Benyamin Netanyahu, Misirin prezidenti Hüsnü Mübarək və İordaniyanın kralı II-ci Abdulla ilə keçirdiyi birgə görüşdə bildirib.
O, qeyd edib ki, Fələstinlə İsrail ikitərəfli müzakirlər aparmaqla kompramisə getmək istəyindən irəli gələrək iki dövlət arasında olan bütün cavabsız qalan suallara açar tapmağa çalışmalıdırlar: "Münaqişənin həlli, regionda stabilliyin əldə olunması iki dövlətdən asılıdır. Vaşınqtonda əmindirlər ki, Yaxın Şərqdə möhkəm sülhün əldə olunması üçün iki dövlət bir-birini anlayıb danışıqlara başlamalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB