ABŞ Talibanı terror təşkilatları siyahısına salıb

ABŞ-ın dövlət katibi Hillari Klintonun ölkənin milli təhlükəsizliyini təhdid etdiyini ifadə etdiyi Pakistan Taliban Hərəkatının (TTP) "xarici terrorçu təşkilat" olaraq təyin olunduğuna dair qərarı bugünkü rəsmi qəzetdə dərc olunub.

 

Bundan belə təşkilatın və liderlərinin ABŞ-dakı mülkiyyəti dondurulacaq və amerikalıların qrupa maddi dəstək verməsi və onların ABŞ-a girişi qadağan ediləcək.

 

Xatırladaq ki, Pakistanda doğulan amerikalı Faysal Şehzadın Times Meydanındakı terror aktı cəhdindən bu yana amerikalı millət vəkilləri bu qadağaların tətbiq edilməsi yönündə təzyiqlər göstərirdilər. Şehzad isə günahını etiraf edərkən, TTP tərəfindən də təlimatlandırıldığını söyləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...