Lahorda terror aktı nəticəsində 28 nəfər həlak olub

Lahorda terror aktı nəticəsində 28 nəfər həlak olub

Pakistanın Pencap əyalətinin paytaxtı Lahorda Hz. Əlinin şəhadət gününə həsr edilən mərasim zamanı üst-üstə təşkil edilən terror aktı nəticəsində 28 nəfər həyatını itirib, 213 adam da yaralanıb. SİA-nın məlumatına görə, yaralılar arasında qadın və uşaqların da olduğu və onlardan 10-nun vəziyyətinin ağır olduğu bildirilib.

Polisin verdiyi məlumata görə, iftar vaxtına yaxın yarım saat içərisində baş verən partlayışlarda ikisinin sui-qəsd, 3-cünün adi partlayış olduğu iddia edilir. Lahor rəsmisi Husro Parveyzə görə partlayışların mərasimin sonlarına yaxın törədilməsi faciəni daha da ağırlaşdırıb.

Mütəxəssislərə görə, bu qaranlıq əllər tərəfindən çox pılanlı bir şəkildə sünni-şiə arasında qarşıdurma yaratmağa yönəlik törədilən təxribatdır. Hadisələr digər şəhərlərdə də başlansa qısa müddətdə ölkəni qarışdıra bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə