Dunya Miyatoviçin Azərbaycana səfəri təxirə salınıb

Dunya Miyatoviçin Azərbaycana səfəri təxirə salınıb

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin Azərbaycana səfəri təxirə salınıb.

SİA-nın məlumatına görə, ATƏT-in Bakı ofisindən bildiriblər ki, buna səbəb D.Miyatoviçin səhhətində yaranmış problem olub.

Səfərin yeni tarixi yaxın vaxtlarda müəyyən olunacaqdır.

D.Miyatoviçin ölkəmizə səfəri sentyabrın 6-dan 9-dək nəzərdə tutulmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə