Məlahət Həsənova: “Müxalifət partiyalarında qadınların təmsil olunmamasının səbəbi insan resurslarının azlığıdır” - AÇIQLAMA
"Bir neçə il bundan qabaq bəzi müxalifət liderləri öz partiyalarında qadınların seçkilərdə iştirakı, ümumiyyətlə qadınların yüksək vəzifələrdə təmsil olunması ilə bağlı kvota qəbul etsələr də həmin qərarı yerinə yetirmirlər". Bu sözləri SİA-ya millət vəkili Məlahət Həsənova müxalifət partiyalarının seçkilərdə qadın üzvləri ilə təmsil olunmaması səbəbini açıqlayarkən deyib. Onun sözlərinə görə, müxalifət partiyalarının reallıqda təmsil olunduğu namizədlərin siyahısına baxsaq orada nəinki 25-30 faiz, heç 10 faizlik kvotanı görmək mümkün deyil. Millət vəkili bildirib ki, əsas qərarın qəbul olunması deyil, sözə əməl etməkdir.,br>
"Söhbət deməklə, danışmaqla və ya hər hansı bir qərarın, qanunun qəbul olunmasından getmir. Sadəcə mən hesab edirəm ki, hər kəs və ya hər hansı bir partiya öz mövqeyini, münasibətini, siyasətini real işlə ortaya qoymalı, nümayiş etdirməlidir. Müxalifət partiyalarında qadınların təmsil olunmamasına gəlincə, düşünürəm ki, buna səbəb müxalifət partiyalarınıın üzv, insan resursu nöqteyi-nəzərindən çox zəif imkanlara malik olmasıdır. Bundan əlavə onlarda qadın üzvlərinin də sayı çox azdır. Onların bu hərəkəti özlərinin qəbul etdiyi qərara qarşı da hörmətsizlikdir",- deyə o qeyd edib.
M.Həsənova söyləyib ki, Parlamentdə təmsil olunan partiyalar arasında ən çox qadınla təmsil olunan siyasi qurum məhz Yeni Azərbaycan Partiyasıdır. Onun sözlərinə görə, YAP hər məsələdə olduğu kimi gəlcəkdə bu məsələdə də öz mövqeyini nümayiş etdirəcək.
Qeyd edək ki, 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının dəstəyi ilə Respublikada qadınların bələdiyyədə təmsil olunması 7 dəfə artaraq, 28 faiz təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB