Ermənilərin hücumu zamanı düşmən 3 itki və bir neçə yaralı verərək geri oturdulub

Avqustun 31-də saat 16.30-da Ermənistan silahlı bölmələrinin təxribat qrupu Tərtər rayonunun Çaylı kəndi istiqamətindəki qoşunların təmas xəttini keçərək Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd edib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu zaman şiddətli atışma baş verib. Azərbaycan əsgərinin güclü müqaviməti nəticəsində düşmən 3 itki və bir neçə yaralı verərək geri oturdulub.

 

Döyüş zamanı Azərbaycan Ordusunun 2 əsgəri – Əmirov Vüqar Əmirəli oğlu (1991-ci il təvəllüdlü, İmişli RHK aprel 2009) və Abdullayev Pərvin Nəbi oğlu (1991-ci il təvəllüdlü, Sabirabad RHK aprel 2009) qəhrəmancasına şəhid olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə