Prezident İlham Əliyev İslam Kərimovu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti İslam Kərimova ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. SİA-nın məlumatına görə, məktubda deyilir: "Hörmətli İslam Abduqəniyeviç, ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Azərbaycan-Özbəkistan münasibətləri əsrlər boyu bir-birinə qırılmaz tellərlə bağlı olmuş xalqlarımızın istək və iradəsindən qaynaqlanır.

Əminəm ki, qarşılıqlı etibar və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin, çoxşaxəli dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik".

İlham Əliyev İslam Abduqəniyeviçə ən xoş arzularını yetirib, möhkəm cansağlığı, işlərində uğurlar, dost Özbəkistan xalqına sülh və rifah diləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə