Qlıboçko Azərbaycan Prezidentini təbrik edib

Qlıboçko Azərbaycan Prezidentini təbrik edib

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkodan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub.

"Çox hörmətli İlham Heydər oğlu.

Azərbaycanın dövlət bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Respublikası Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin, xalqın milli və mənəvi ənənələrinə, öz ölkəsinə və onun şanlı tarixinə görə yüksək qürur hissinin təcəssümünün bariz nümunəsidir.

Respublika Günü birliyin və dövlətin yorulmadan həyatın bütün sahələrində öz vətəndaşlarının tərəqqisinin, təhsilin, səhiyyənin və elmin inkişafının qeydinə qalmasının rəmzidir.

Sizə və Azərbaycan Respublikasının bütün vətəndaşlarına səmimi qəlbdən möhkəm cansağlığı, uğurlar və firavanlıq arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə